13 Noyabr 2014 13:06
764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə Sultangazi bələdiyyəsinin xidməti binasının açılış mərasimində prezident Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil etməkdə günahlandırılan Fərhad Yıldızın mühakiməsi başlayıb.

Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, İstanbul Ağır Cinayətlər Məhkəməsində dinlənilən Yıldız Ərdoğanı vurmaq niyyətinin olmadığını bildirib: “Hadisədən bir həftə əvvəl avtobus dayancağında tanımadığım adamdan silah aldım. Silahı alanda içində bir güllə olub. Heç vaxt silah işlətməmişəm. Prezidenti vurmaq niyyətim də olmuyub. Etiraz üçün silahı daş əvəzi Ərdoğanın maşın karvanına tərəf atdım”.

Ərdoğanın 3 mühafizəçisi də iclasda şahid olaraq dinlənilib. Onlar Yıldızın maşının arxasınca qaçdığını və silahı maşına tərəf tutduğunu deyiblər: “Silahı Ərdoğana tərəf tutmuşdu. Onun üzərində axtarış aparanda, arxa cibindən bıçaq da tapdıq”.

Qeyd edək ki, araşdırma aparan polis hadisə zamanı silahın atəşə hazır vəziyyətdə olduğunu qeyd edib.

Məhkəmə prosesi qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Samir


Müəllif: