24 Oktyabr 2021 13:57
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrailin yenidənqurma naziri Zeev Elkin Soçidə bu ölkənin Baş naziri Naftali Bennet və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilmiş görüşlə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, görüşdə tərcüməçi olan Elkin Moskva və Təl-Əviv arasında keçmiş baş nazir Binyamin Netanyahu dövründə olduğu kimi, ikitərəfli əlaqələrin davam etdirilməsinin müzakirə edildiyini bildirib.

Onun sözlərinə görə, Putin və Bennet Suriyada İsrail və Rusiya qüvvələri arasında münaqişənin qarşısını almaq məqsədi daşıyan “qarşıdurmanın qarşısının alınması mexanizmi”nin davam etdirilməsi ilə bağlı razılığa gəliblər.

O, Bennetin İranın nüvə proqramı və Suriyada yerləşməsinin qarşısının alınması ilə bağlı fikirlərini Putinlə bölüşdüyünü söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu