14 Noyabr 2014 08:37
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiyaya qarşı əsassız ittihamlar irəli sürməklə Ukraynada müharibəni qızışdırır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki səfirinin müavini Aleksandr Pankin amerikalı həmkarının ittihamlarına cavab olaraq deyib.

Pankin deyib ki, NATO-nun ittihamları gerçəkliyi əks etdirmir. O, Təhlükəsizlik Şurasının üzvlərini ölkəsinə qarşı təbliğat aparmaqda ittiham edib.

Qeyd edək ki, NATO-nun Rusiyaya qoşun yeritməsi ilə bağlı xəbərdarlığından sonra BMT Təhlükəsizlik Şurasının təcili toplantısı çağırılıb.

ABŞ-ın BMT-dəki nümayəndəsi Samanta Pouer çıxışı zamanı Rusiyanı sülh danışıqlarında da müharibə axtarmaqda ittiham edib.

"Rusiya sülh planı üçün danışıqlar aparır və sonradan onları sistematik olaraq hər bir addımda sarsıdır. Sülh haqqında danışsa da, müharibəni qızışdırmağa davam edir", Samanta Pouer əlavə edib.


Müəllif: