İspaniya Fələstinin müstəqilliyini tanıya bilər.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə krallığın xarici işlər naziri Xose Manuel Qarsia-Moqralo parlamentdə çıxışı zamanı bildirib. Onun sözlərinə görə, bu addım Fələstin-İsrail münasibətlərinin sülh yolu ilə sabitləşdirilməsi üçün atılır.
İspaniya XİN başçısı həmçinin bildirib ki, Avropa İttifaqı da davamlı şəkildə Fələstinin müstəqilliyini tanımalıdır. Bunun üçün bir sıra məsələlərin, o cümlədən Qüdsün statusunun və sərhədlərinin müəyyənləşdirilməsi yolunda mühüm işlər görülməlidir.
Qeyd edək ki, İspaniya parlamenti Fələstinin dövlət kimi tanınması ilə bağlı gələn həftə simvolik səsvermə keçirmək niyyətindədir.
Samir