Avropa Şurası parlamentinin danimarkalı deputatı Nikolaj Villumsen PKK/PYD terror təşkilatının iki qadın üzvü ilə fotolarını sosial şəbəkələrdə yayaraq terror təşkilatı barədə xoş fikirlər ifadə edib.
Teleqraf.com xəbər verir ki, Facebbok şəbəkəsində YPG-nin reklamını edən Nikolaj Villumsen BMT İnsan Haqları Komitəsinin Suriyanın şimalında xristian suriyalılara etnik təmizləməyə məruz qoyması haqda hesabatını görməzdən gələrək YPG-nin bölgədə xristianlar üçün savaşdığını bəyan edib.
Villumsen terror təşkilatı PKK və eyni zamanda HDP-nin Avropa və Danimarkadakı proqramlarına qatılaraq fotolar çəkdirib.
Qeyd edək ki, Villumsen 2014-cü ildə PKK/PYD-nin uzantısı olan YPG-yə topladıqları 53 min avro hədiyyəni terrorçu Salih Müslumə şəxsən Kopenhagendə təqdim etmişdi.
PKK-nın sözdə qurucularından biri olan Duran Qalxan bu gün verdiyi açıqlamada deyib ki, Avropa "atəşkəs elan etməyəcəksiniz, müharibəni davam etdirəcəksiniz" deyə bizə dəfələrlə tövsiyə verib.
Qəribədir ki, seçkilər öncəsi Türkiyəyə gələrək HDP üçün işləyən Villumsen ATƏT və Avropa Komissiyası parlamentinin üzvü olaraq həm də hesabatlar hazırlayır.