5 Noyabr 2021 15:10
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı ən ağır günlərini yaşayır. Türkiyə Silahlı Qüvvələri ardıcıl əməliyyatlar nəticəsində təşkilatı xeyli zəiflədib.

Teleqraf.com xəbər verir ki, Türkiyədən qaçmaq məcburiyyətində qalan təşkilatın YPG/SDQ qolunda da diqqətçəkən gəlişmələr baş verir.

“Haber türk”ün verdiyi xəbərə görə, Suriyadakı qanlı aksiyalarda tez-tez adı hallanan və Türkiyədəki bəzi terror aktlarının göstərişini verən YPG-nin “Mazlum Kobani” ləqəbli lideri gecəyarısı gözlənilməz qərarlar tutduğu postdan azad edilib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın “General” deyə müraciət etdiyi terrorbaşının Amerika və Avropa ölkələri sıx əlaqələri olub. İndi onun vəzifəsindən azad edilməsinin səbəbinin Mazlum Kobaninin iki ildir Rusiya ilə qurduğu yaxın əlaqalər olduğu bildirib. Məlumatda onun bu səbəbdən YPG-nin arxasındakı baronlar tərəfindən qələminin qırıldığı deyilib. Keçən ildən bəri Mazlum Kobaninin vəzifəsindən uzaqlaşdırılması üçün işlərin başlanıldığı vurğulanıb.

Kobaninin postundan uzaqlaşdırılmasının PKK-nın Suriya qolu daxilində zəlzələ effekti yaratdığı bildirilib. Onun bundan əvvəl ABŞ-dan olan nümayəndə heyəti ilə görüşdüyü deyilib.

Mazlum Kobaninin yerinə SDQ-nin komandanı Mahmud Reş təyin edilib.

Kobani Türkiyənin “Qırmızı siyahı”sında yer alır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər