14 Noyabr 2014 21:44
1 169
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanı dünyada digər ölkələrdən daha çox sevirlər.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu marketinq araşdırmaları institutu dünyanın 20 ölkəsində 20 mindən çox sakin arasında keçirdiyi sorğunun nəticələri sübut edib.

Almaniya 2009-cu ildən bəri bu reytinqdə ilk yerdə olan ABŞ-ı geridə qoyaraq, birinci pilləyə qalxıb. Amerikanın imici xüsusilə "Sülh və təhlükəsizlik" kateqoriyasında zərər gördü. Bu kateqoriyalarda 25-ci yerə çıxan Rusiyanın da populyarlığı düşüb.

Nation Brands IndexSM araşdırması ayrıca götürülmüş ölkənin 6 kateqoriya - "İxrac", "Hökumət", "Mədəniyyət", "Əhali", "Turizm", "İmmiqrasiya və investisiyalar" üzrə bölünmüş 23 faktoruna əsaslanaraq, başqa ölkələr tərəfdən onlara olan münasibəti öyrənir.

Rüstəm


Müəllif: