Syerra-Leonenin paytaxtı Fritaun şəhərində benzin tankerinin partlaması nəticəsində ölənlərin sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, ölənlərin sayı 115-ə çatıb.
Bundan əvvəl "Sinxua" Xəbər Agentliyi 108 nəfərin öldüyünü, 92 nəfərin yaralandığını bildirmişdi.
Partlayış noyabrın 5-də axşam saatlarında baş verib. Yanacaq çəni dolu olan tanker qranit plitələri daşıyan yük maşını ilə toqquşub.