10 Noyabr 2021 10:43
1 397
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Prezidenti Emmanuel Makron polemikaya səbəb olan Əlcəzairlə bağlı açıqlamaqları səhv anlaşıldığına görə üzr istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Yelisey Sarayının açıqlamasında bildirilib.

Açıqlamada Makronun Əlcəzair xalqına, tarixinə və suverenliyinə hörmət etdiyi qeyd edilib.

Prezidentin Əlcəzairlə bağlı açıqlamaları yanlış anlaşıldığına görə məyus olduqları vurğulanan açıqlamada qeyd olunub ki, Prezident Makron fransız və Əlcəzair xalqına yararlı və Liviyada daimi sülh olmaqla regional problemlərin həllini tapmaq üçün iki ölkə arasında münasibətləri inkişaf etdirməyə əhəmiyyət verir.

Makronun noyabrın 12-də keçirəcəyi Liviya konfransına Əlcəzair Prezidenti Əbdülməcid Tebbunu dəvət etdiyi bildirilir, Əlcəzairin regionda önəmli aktyor olduğu vurğulanır.

Qeyd edək ki, noyabrın 2-də Makron Əlcəzair tarixinin gerçəkliklərə əsaslanmadığını və Fransaya düşmənlik üzərində qurulduğunu iddia edərək Osmanlının ölkədəki hakimiyyətini müstəmləkəçi kimi təqdim etmişdi.

Əlcəzair hökuməti isə buna reaksiya olaraq 3 oktyabrda hava sahəsini Fransa hərbi təyyarələri üçün bağlamışdı.


Müəllif: Nemət

Oxşar xəbərlər