11 Noyabr 2021 10:39
3 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın reaksiyasına cavab olaraq ABŞ “Soyuq müharibədən” sonra ilk dəfə Avropanın mərkəzində yerləşən nüvə blokunu işə salıb.

Teleqraf.com xəbər verir ki, bazaya yerləşdirilən hipersəsli “Dark Eagler” (Qaranlıq Qartalı) raketləri saatda 6500 kilometr sürətə malikdir.

Qeyd edək ki, hazırda Avropa Birliyi (AB) sərhədində böhran super güclərin qarşıdurmasına səbəb olub. Putinin nüvə raketləri daşıya biləcək qırıcılarına ABŞ-ın verdiyi reaksiya dünyanı şoka salıb. Rusiya müttəfiqi olan Belarusa dəstək məqsədilə uzun mənzilli bombardmançı təyyarələri (TU-22M3) havaya qaldırdıqdan sonra bütün diqqəti Şərqi Avropaya yönəlib.

Buna cavab olaraq “Soyuq müharibədən” sonra ABŞ ilk dəfə Almaniyadakı nüvə arsenalını işlək vəziyyətə gətirib və onu uzun mənzilli “Qaranlıq Qartal” hipersəsli raketlərlə təchiz edib.

Bazanın komandiri, general Stiven Maranian bildirib ki, raketlər ABŞ-ın Avropa və Afrika komandanlığının bir çox ərazilərdə fəaliyyət göstərmək qabiliyyətini sübut edəcək.

Almaniyanın Mainz şəhərindəki 56-cı Ağır Silahlar Komandanlığı bazasında yerləşdirilən hipersəsli raketlər Rusiyanın paytaxtı Moskvanı 21 dəqiqə 30 saniyəyə vura bilər. Səs sürətinin beş qatını keçərək saatda 6500 kilometrə çata bilən “Qaranlıq Qartal” hipersəsli raketləri “Typhon” atma və idarəetmə sistemlərinə malikdir.

Beləliklə, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə fəaliyyəti dayandırılan nüvə-raket qurğusu ABŞ-ın qərarı ilə 30 ildən sonra yenidən dünya gündəminin ilk sıralarında yer alıb.

İngiltərə mediası bildirir ki, raketlərin Almaniyada yerləşdirilməsinin strateji seçimdir və Rusiyanın paytaxtı Moskvanın məsafəsinə uyğun seçilib.


Müəllif: Nemət