12 Noyabr 2021 16:05
843
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 15-də ABŞ Prezidenti Co Bayen və Çin dövlət başçısı Si Cinpin arasında görüş baş tuta bilər.

Teleqraf.com xəbər verir ki, ABŞ və Çin arasında ticarət, insan haqları və hərbi fəaliyyətlə bağlı gərginlik fonunda ABŞ Prezidenti Co Bayden və Çin Dövlət Başçısı Si Cinpinin noyabrın 15-də videokonfrans vasitəsilə görüşəcəyi gözlənilir.

ABŞ və Çin hələlik görüşlə bağlı rəsmi açıqlama verməyib.

Bayden və Si Cinpinin görüşünü təşkil etmək üçün ötən ay İsveçrənin Surix şəhərində ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Sallivan və Çin Kommunist Partiyasının mərkəzi komitəsinin xarici əlaqələr kmissiyasının direktoru Yanq Jiekpi 6 saat müzakirə aparmışdı.

Tərəflərin hansı məsələlərə dair qərar verəcəyi hələlik bəlli deyil. Analitiklərə görə, tərəflər Hind-Sakit okean bölgəsində və Tayvandakı gərgin durumu, COVID-19 problemini və iqlim dəyişikliyi kimi məsələləri müzakirə edəcək.


Müəllif: Nemət

Oxşar xəbərlər