15 Noyabr 2014 02:28
1 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Siqaret çəkənlərin barmağı kəsilir"

Birləşmiş Millətlər Təşkilatının Suriya üzrə Araşdırma Komissiyası beynəlxalq koalisiyanın hücumları başladıqdan sonra Suriyadakı İŞİD üzvlərinin mülki əhalinin olduğu yerlərdə gizləndiyini açılayıb.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, BMT İnsan Hüquqları Şurası tərəfindən Suriyadakı insan haqqları pozuntularını araşdırmaq üçün 2011-ci ilin martında təsis edilən araşdırma komissiyası 300 zərərçəkmiş və şahidin ifadələrinə əsaslanan "İŞİD nəzarəti altında yaşayan suriyalılar" hesabatını açıqlayıb. Hesabatda İŞİD-in ABŞ liderliyindəki koalisiya qüvvələrinin hava bombardmanları başladıqdan sonra vətəndaşların məskunlaşdığı ərazilərə çəkildiyi bildirilir.

Komissiyanın sədri Paulo Pinheiro hesabatı təqdim etdiyi mətbuat konfransında "Komissiya Suriyada silahlı qrupların xalqı öz hökmü altına almaq üçün terrora əl atdığı, vətəndaşlara və əsir aldıqları döyüşçülərə işgəncə verdiyini sənədləşdirdi" deyib.

Komissiyanın üzvü Vitit Muntarbhorn isə İŞİD-in maliyyələşdirilməsi, neft ticarəti və silah almasının əngəllənməsi üçün beynəlxalq birliyə müraciət edib.

"Siqaret çəkənlərin barmağı kəsilir"

Hesabatda silahlı qruplar tərəfindən yayılan fotoşəkillər və videolardan da yararlanıldığı açılandı. ABŞ-ınliderliyi ilə hava hücumu başladıqdan sonra İŞİD üzvlərinin xalqın arasında gizlənməyə başladığı və vətəndaşlara məxsus ev və fermalarda yerleşdikləri vurğulanır.

İŞİD-in idarəsi altında olan bölgələrə təşkil edilən hava hücumlarının vətəndaşların ölümünə gətirib çıxardığı da hesabatda qeyd edilib: "Humanitar yardım təşkilatları İŞİD-in nəzarəti altında olan Deyr-əz Zor və Rakka şəhərlərindəki 600 min insana qida yardımı edə bilmir. İŞİD siqaret çəkənlərin barmağını kəsir və uşaqlara kütləvi edam görüntülərini izlətdirir".

Hesabatda BMT Təhlükəsizlik Şurasının baş verənlərlə bağlı ciddi qərar qəbul etməsinə çağırış da yer alıb.

Nihad


Müəllif: