14 Noyabr 2021 18:39
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu barədə KUNA xəbər agentliyi məlumat yayıb.

Əmirin sərəncamına görə, yeni kabinet formalaşana qədər əvvəlki hökumət fəaliyyət göstərməlidir.

Noyabrın 8-də hökumət istefa məktubunu əmirə təqdim edib.

Qeyd edək ki, bu, Küveyt Nazirlər Kabinetinin 2021-ci ildə ikinci istefasıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər