16 Noyabr 2021 09:54
1 077
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran donanmasının helikopteri Hörmüz boğazında üzən ABŞ-ın hərbi gəmisi “USS Essex”in qarşısını kəsməyə cəhd edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi açıqlama verib.

Kirbi vertolyotun təhlükəli və qeyri-peşəkar şəkildə gəmiyə yaxınlaşdığını deyib:

“Helikopter okean səthinə yaxın nöqtədə uçaraq, gəminin ətrafında üç dəfə dövrə vurub. Gəminin ekipajı beynəlxalq hüquq normalarına uyğun davranaraq, buna qarşı önləyici tədbirlər görüb”.


Müəllif: Mənsur Rəğbətoğlu