15 Noyabr 2014 12:04
1 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın Brisben şəhərində baş tutan “Böyük iyirmilik” liderlərinin sammitində Rusiya prezidenti Vladimir Putin Ukrayna məsələsi ilə bağlı təzyiqlə üzləşib.

Teleqraf.com rusters.com-a istinadən xəbər verir ki, iclasda çıxış edən ABŞ prezidenti Barak Obama vəziyyətin belə davam etməsi təqdirdə Rusiyaya qarşı sanksiyaların sərtləşdiriləcəyini deyib. Onun sözlərinə görə, Rusiya tezliklə Ukraynaya qarşı siyasətində dəyişiklik etməlidir.

Avropa Şurasının sədri Herman Van Rompey çıxışı zamanı Obamanın fikrini dəstəklədiyini qeyd edib. O bildirib ki, Rusiya Ukraynadakı qoşunlarını geri çəkməli və separatçılara təzyiq göstərməlidir.

Rompey həmçinin bazar ertəsi Avropa xarici işlər nazirlərinin görüşündə Rusiyaya qarşı əlavə sanksiyalar paketinin müzakirə olunacağını da deyib.

Samir


Müəllif: