18 Noyabr 2021 09:39
1 801
12 Punto 14 Punto 16 Punto 18 Punto

FETÖ lideri Fəthullah Gülənin Pensilvaniyadakı evində zəhərlənərək öldüyü və onu zəhərləyən şəxsin də öldürüldüyü iddiaları sosial şəbəkələrdə gündəm olub.

Teleqraf.com xəbər verir ki, “Anadolu” agentliyinin Vaşinqton bürosunun rəhbəri Hakan Çopur məsələ ilə əlaqədar açıqlama verib.

“FETÖ liderinin zəhərləndiyi, ölmüş ola biləcəyi, onu zəhərləyənin öldürüldüyü ilə bağlı iddiaları yaxından izləyir və araşdırırıq”, - Çopur deyib.

O, hələlik yerli polis orqanlarına bununla bağlı məlumat daxil olmadığını bildirib:

“Bu, hələ o demək deyil ki, orada heç bir insident baş verməyib, nəsə olub və hələlik bu barədə polisə məlumat verilməyib. Amma belə bir xəbəri hətta təşkilat belə uzun müddət gizlədə bilməz. Yeniliklər barədə məlumat verəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər