18 Noyabr 2021 14:38
868
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizində uçuş zamanı İngilis F-35 B qırıcısının dənizə düşməsindən sonra təyyarənin qalıqlarını tapmaq üçün London və Moskvanın böyük yarışa girdiyi məlum olub.

Teleqraf.com xəbər verir ki, İngiltərə mətbuatı Kraliyyət Donanmasına aid F-35 B qırıcısının qalıqlarını əldə etmək üçün Rusiya və İngiltərənin yarışa girdiyini iddia edib.

Təyyarənin yüksək texnologiyası sayəsində ingilislər mümkün casusluğun qarşısını almaq üçün dərhal hərəkətə keçib. Qeyd edilir ki, F-35 B-nin görünmədən səsdən yüksək sürətlə uçmasına imkan verən çox məxfi radar və sensorlar var.

Əlavə edilib ki, təyyarənin qalıqları çərşənbə günü günortadan sonra tapılıb.


Müəllif: Nemət

Oxşar xəbərlər