21 Noyabr 2021 23:26
333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa COVID-lə bağlı etirazlar zamanı iğtişaşlar baş vermiş Qvadelupa ərazisində asayişi bərpa etmək üçün polis xüsusi təyinatlılarını göndərir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin bildirib.

O, Xarici Ərazilər naziri Sebastien Lecornu ilə Karib arxipelaqındakı böhranlı vəziyyətlə bağlı görüşdən sonra jurnalistlərə bildirib ki, dövlət öz mövqeyində qəti dayanacaq.

Darmanin bildirib ki, Gvadelupaya Fransa jandarm və polisin elit taktiki qüvvələrinin 50-yə yaxın üzvü göndəriləcək. Beləliklə, regionda Fransa polisinin xüsusi təyinatlılarının sayı 2250 çatacaq.

Xatırladaq ki, Fransa tabeliyində olan Qvadelupa regionunda iğtişaşlar zamanı mağazaların qarət olundğu, polisə atəş açıldığı və bir gecədə 31 nəfərin həbs edildiyi bildirilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər