Gürcüstanın paytaxtı Tiflisdə mitinq keçirilir. Paytaxt Tiflisdə mindən çox şəxs parlamentin binası qarşısına yığışıb. Artıq parlamentin qarşısındakı Rustaveli prospekti iki tərəfdən bağlanıb.
Sabiq Gürcüstan prezidenti Mixail Sakraşvilinin tərəfdarları hökumətə etiraz etmək məqsədi ilə bir yerə toplaşmağa başlayıblar.
Etirazçılar Abxaziya və Cənubi Osetiya ərazilərinin Rusiyaya tam birləşdirilməsinə qarşı çıxırlar. Narazı kütlə Gürcüstan hakimiyyətinin bu məsələdəki susqunluğunu böyük etirazla qarşılayır.
Məlumatlara görə, mitinqə 40 minə yaxın insanın toplaşacağı gözlənilir.