22 Noyabr 2021 08:45
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın hazırkı prezidenti Rumen Radev prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Teleqraf.com xəbər verir ki, bu barədə bazar ertəsi Mərkəzi Seçki Komissiyası (MSK) yerli vaxtla saat 04:00-da (Bakı vaxtı ilə saat 06:00) protokolların 99,44%-nin hesablanması əsasında məlumat verib.

MSK-nın rəsmi saytında dərc olunan məlumata görə, seçicilərin 66,67%-i (1 532 412 nəfər) Radevə səs verib. Ən yüksək dövlət vəzifəsinə ikinci namizəd olan Sofiya Universitetinin rektoru Anastas Gerdjikov 31,85% səs (732 035) toplayıb. Seçicilərin 1,48%-i (33 979 nəfər) namizədlərin hər ikisinin əleyhinə səs verib.

Qeyd edək ki, dünən Bolqarıstanda prezident seçkilərinin ikinci turu keçirilib. Səsvermələr ciddi pozuntular olmadan yekunlaşıb. Səslərin hesablanması başa çatır.

Rudevin seçkilərdə qalib olması “exit-poll”un nəticələrində də əskini tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər