22 Noyabr 2021 22:27
1 602
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da təxminən 10 000 dəniz piyadası hələ də koronavirusa qarşı peyvənd olunmadığı üçün ordudan tərxis oluna bilər. Peyvəndləmə müddəti bu il noyabrın 28-də başa çatır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hazırda dəniz piyadalarının 94%-i peyvənd olunub, amma bu, ABŞ-ın digər qüvvələri ilə müqayisədə ən aşağı göstəricilərdən biridir.

Qəzet bildirib ki, Quru Qoşunlarında peyvəndlənmə üçün son tarix dekabrın 15-dir. Artıq qoşunların 95%-i ən azı bir doza peyvənd olunub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər