22 Noyabr 2021 13:42
773
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin ABŞ-la Çin arasında rəqabətdə üçüncü ölkələrin tərəf olmağa sürüklənməməsinin vacibliyini bəyan edir.

Teleqraf.com xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi bildirib.

Dünyanın gələcəyinin Vaşinqton və Pekinin münasibətlərinin necə irəliləyəcəyinə bağlı olduğunu ifadə edən Vanq deyib ki, əlaqələri qəsdən kəsməyə əsaslanan şiddətli rəqabət əvəzinə, müsbət və mülayim bir yanaşma qarşılıqlı prinsipə əsaslanmalıdır: “Fayda və qazan-qazan, burada üçüncü dövlətlər böyük güc mübarizəsində tərəf tutmağa məcbur deyillər”.

Nazir Vanq noyabrın 16-da ABŞ və Çin liderlərinin görüşünü xatırladıb və bildirib ki, ABŞ-la Çin iki nəhəng gəmidir və bir-biri ilə toqquşmamalıdır: “İstənilən sıfır məbləğli oyun məntiqi hər iki tərəfə zərər verəcək”.

Tayvanın müstəqilliyinə qarşı çıxmağın sülh, sabitlik və rifah imkanlarını artıracağını ifadə edən Vanq ABŞ-ı Çini mühasirəyə almaq üçün Tayvan problemindən istifadə etməkdə günahlandırıb.

Tayvan rəsmilərinin müstəqillik məqsədilə ABŞ-ın dəstəyindən istifadə etmək istədiklərini xatırladan Vanq qeyd edib ki, Çin sülh yolu ilə birləşmək üçün əlindən gələni edəcək: "Lakin ölkənin parçalanmasına yönəlmiş heç bir hərəkətə əsla dözməyəcəyik. Biz buna heç vaxt icazə verməyəcəyik".


Müəllif: Nemət

Oxşar xəbərlər