25 Noyabr 2021 08:45
3 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ həkimləri kolonoskopiya zamanı ABŞ Prezidenti Co Baydendə boruvari adenoma - xoşxassəli, lakin potensial olaraq xərçəng öncəsi formalaşma kimi müəyyən ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin həkimi Kevin O Konnor bildirib.

Bayden keçən həftə tibbi müayinədən keçib, həkimlər Prezidentin səhhətinin ona heç bir məhdudiyyət olmadan dövlət başçısı və ali baş komandanlıq vəzifələrini yerinə yetirməyə imkan verdiyi qənaətinə gəliblər.

Qeyd edilir ki, Prezidentin bağırsağından 3 mm-lik xoşxasəli polip (xərçəng xəstəliyinə çevrilmə ehtimalı yüksək olan şiş-red) çıxarılıb... Histoloji (orqanizmin toxumalarının morfoloji-funksional xüsusiyyətlərinin tədqiqi) müayinədən keçən nümunə 2008-ci ildə ondan çıxarılan polipə bənzər boru adenoması kimi müəyyən edilib.

O Konnor qeyd edib ki, boru adenoması xoş xassəlidir və yavaş-yavaş böyüyür, lakin "hazırda əlavə müdaxilə tələb etməyən potensial xərçəng qabağı lezyon hesab olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər