Son videolarında depressiyadan danışan və sosial şəbəkə istifadəçilərini də intihara təşviq etdiyi iddia edilən “Luo Xiao Mao Mao Zi” adlı çinli TikTok fenomeni canlı yayım zamanı pestisid içərək həyatına son qoyub.
Teleqraf.com xəbər verir ki, hadisədən sonra xəstəxanaya yerləşdirilən fenomeni bütün səylərə baxmayaraq xilas etmək mümkün olmayıb.
Fenomenin ölümündən sonra maraqlı hadisə baş verib. Öldükdən sonra yandırılan gənc qadının külü cənazə evinin işçisi tərəfindən oğurlanıb. Polis oğurluqda əli olan 3 nəfəri qısa müddətdə saxlayıb.