29 Noyabr 2021 16:47
1 949
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela Prezidenti Nikolas Maduro noyabrın 21-də keçirilən seçkilər və Avropa İttifaqının müşahidəçi heyəti ilə bağlı açıqlamalar verib.

Teleqraf.com xəbər verir ki, seçkilərinin “mükəmməl” keçdiyini bildirən Maduro Aİ-nin nümayəndə heyətini casusluqda ittiham edib.

“Onlar beynəlxalq müşahidəçilər deyil, casus missiyasıdır. Onlar ölkənin sosial, iqtisadi və siyasi həyatını müşahidə edərək, sərbəst şəkildə ölkə daxilində dolaşırlar”, - Maduro bildirib.

Aİ-nin 136 nəfərdən ibarət monitorinq missiyası Venesueladakı seçkiləri ölkədə son 20 ildə ən yaxşısı kimi qiymətləndirib. Bununla belə, müşahidəçilər səsvermə prosesində müəyyən pozuntuların olduğunu iddia ediblər. Aİ müşahidəçiləri son 15 ildə ilk dəfə olaraq Venesuelada keçirilən seçkiləri izləmək üçün ölkədə olublar.

21 noyabr seçkilərində sağ müxalifət də daxil olmaqla ümumilikdə 42 milli siyasi hərəkat və 64 regional partiya iştirak edib. Hakim Venesuela Vahid Sosialist Partiyası (PSUV) ümumilikdə 23 bölgədən 20-də qalib gəlib.


Müəllif: Mənsur Rəğbətoğlu