“PKK Şimali Kürdüstan bölgəsinin sabitliyi üçün bir yük olub”.
Teleqraf.com xəbər verir ki, bunu İraq Kürd regional muxtariyyətinin rəsmisi Dindar Zebari bəyan edib.
Zebari əlavə edib ki, PKK xüsusilə Süleymaniyədə proseslərdə hansısa rol oynayır.
PKK-nın tərəfdarları vasitəsilə insanların haqlı tələblərini başqa istiqamətə çevirməyə çalışdığını bəyan edən Dindar Zebari PKK-nın onlar üçün yük olduğunu qeyd edib.
Qeyd edək ki, muxtariyyət universitetində oxuyan tələbələr ötən həftə aksiyalar keçirib.
Süleymaniyə də isə Yələbaninin oğlu və yaxın qohumu arasında Süleymaniyyəni idarə etmək uğrunda mübarizə gedir. PKK bu məsələdə aktiv rol oynayır.