"Ukrayna qarşıdurma tərəfadarı deyil, amma hadisələrin istənilən inkişafına, o cümlədən, Rusiya ilə total müharibəyə hazırdır".
Teleqraf.com-un "Lenta.ru"ya istinadən məlumatına görə, bu fikirləri Ukrayna Prezidenti Pyotr Poroşenko səsləndirib.
Poroşenko Ukraynanın Rusiya ilə açıq savaşdan çəkinmədiyini, ölkəsinin ən müxtəlif müharibə ssenarilərinə hazır olduğunu vurğulayıb:
"Mən Rusiya ilə müharibədən qorxmuram. Biz total müharibə ssenariləri hazırlamışıq. İndi daha yaxşı vəziyyətdə ordumuz var. Bütün dünya bizi dəstəkləyir. Ancaq biz sülh istəyirik".