2 Dekabr 2021 19:41
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasındakı görüşdə Avropadakı vəziyyət başlıca müzakirə mövzusu olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Təmas çox vacibdir. Çoxsaylı problemlər var. İkitərəfli məsələlər üzrə irəliləyiş yoxdur. Qarşılıqlı anlaşma yoxdur. Bu kimi məsələlər Avropada gərginlik yaradır”, - o deyib.

Qeyd edək ki, ABŞ və Rusiya prezidentləri ilk dəfə bu il iyunun 16-da İsveçrənin Cenevrə şəhərində görüşüb.


Müəllif: Teleqraf.com