3 Dekabr 2021 20:27
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada YPG/PKK-nın işğalı altında olan bölgələrdə olan ABŞ qüvvələri terror təşkilatına silahlı təlim verməyə davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ABŞ Xüsusi Təyinatlı Qüvvələri Fəratın şərqində YPG/PKK üzvlərinə silahlı təlim vermək üçün noyabrın 28-də İraq üzərindən Hasekeyə 70 hərbçi göndərib.

Təşkilatın işğalı altında olan Haseke bölgəsinin şimal-şərqində ABŞ-ın hava bazasının yerləşdiyi Rümeylan qəsəbəsinə gələn hərbçilər dekabrın 1-dən oradakı yüzlərlə YPG/PKK-çıya silahlı təlim verməyə başlayıb.

Təxminən bir aya yaxın davam edəcək təlimdə terrorçulara yüngül, orta və ağır silahlardan istifadə, kəndlərə basqın və sızma üsulları öyrədiləcək.

Təlimdən sonra PKK üzvlərinin bir hissəsinin Hasekedəki Şəddadi rayonuna və Dəyr əz-Zordakı Ömər neft sahəsinə göndəriləcəyi, qalanlarının isə Rümeylanda qalacağı bildirilib.

Anti-İŞİD koalisiyasının tərkibində yer alan ABŞ və Fransa bundan əvvəl Haseke və Dəyr əz-Zorda YPG/PKK üzvlərinə müxtəlif hərbi təlimlərlə dəstək verib. Hasekədəki bəzi ABŞ bazaları ilə yanaşı, Əbdüləziz dağı və Dəyr əz-Zordakı neft sahəsi də təlim bölgələrinə çevrilib.

Əvvəlki təlimlərdə terrorçulara silahdan istifadə, pilotsuz uçuş aparatları (PUA) ilə müəyyən edilmiş mövqelərin tutulması, artilleriya atəşi, havadan eniş və bazalara hücumların qarşısının alınması üsulları praktiki olaraq izah edilib.

Hasekedəki ABŞ helikopterlərinin uçuş-enmə zolağı kimi xidmət edən idman kompleksində YPG/PKK üzvlərinə praktiki hava-desant təlimi verilir. Suriyada ABŞ-ın himayəsi altında fəaliyyət göstərən fransız hərbçiləri isə YPG/PKK üzvlərinə artilleriya təlimi keçib.

Türkiyə hökumətinin etirazlarına baxmayaraq, ABŞ sözügedən terror təşkilatına hərbi dəstəyini davam etdirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər