Yeni maliyyə böhranı dünya iqtisadiyyatına təhlükə yaradır.
Teleqraf.com itar-tass.com-a istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın baş naziri Devid Kemeron açıqlama verib.
O, borcun artırılması və dövlət xərclərinin genişləndirilməsi hesabına iqtisadiyyatın stimullaşdırılmasına yönəlmiş siyasəti düzgün hesab edir.
Kemeronun sözlərinə görə, işsizliyin yüksəlməsi və bazarlarda qiymətlərin enməsi üçüncü iqtisadi böhranla nəticələnə bilər.
O, Ebola virusunun və Yaxın Şərqdə baş verən hadisələrin də böhranın dərinləşməsinə səbəb ola biləcəyini deyib.
Samir