5 Dekabr 2021 17:57
2 591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Katolik dünyasının lideri Papa Fransiskin Yunanıstana səfərinin ilk günündə ona yaxınlaşan din xadimi “Papa, sən kafirsən” deyərək etiraz edib.

Teleqraf.com xəbər verir ki, Fransisk Cənubi Kiprə üç günlük səfərindən sonra Yunanıstanın paytaxtı Afinaya gəlib.

Pravoslav keşiş paytaxtdakı pravoslav arxeparxiyasına baş çəkən papaya etiraz edib.

“Papa, sən kafirsən”, - deyən keşiş baş yeparxiyaya girərkən papanın üstünə qışqırıb.

Bundan sonra keşiş polis tərəfindən nəzarətə alınıb. Şahidlər yaşlı din adamının papanın eşidə biləcəyi qədər yüksək səslə qışqırdığını deyiblər.


Müəllif: Mənsur Rəğbətoğlu