Fransada gələn il keçiriləcək seçkilərdə prezidentliyə namizədliyini açıqlayan sağçı lider Erik Zemmour keçirdiyi mitinq zamanı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, Zemmour ilk mitinqini keçirən zaman 1 saat çıxış edib, aksiya faktiki sağçılarla irqçilik və faşizm tərəfdarlarını qarşı-qarşıya gətirib.
Zemmourun aşırı sağçı dəstəkçiləri ilə ona qarşı olanlar arasında mübahisə yaranıb. Bu zaman bir nəfər Zemmourun boynundan tutaraq yerə yıxıb. Mühafizəçiləri prezidentliyə namizədi güclə ərazidən uzaqlaşdırıb.
Hadisə zamanı azı 5 nəfər yaralanıb. Məlumata görə, mitinq zamanı Villepintedəki meydanda 10 mindən çox insan iştirak edib. Qeyd edilir ki, Prezident Makron daxil olmaqla hələ heç bir namizəd bu qədər insanı bir araya gətirə bilməz.