6 Dekabr 2021 19:48
2 299
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda Ukrayna ərazisində NATO-nun ən azı on hərbi obyekti mövcuddur, burada 4 minə yaxın ABŞ əsgəri və Şimali Atlantika Alyansının digər ölkələrindən 8.3 minə yaxın hərbçi var.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Məlumata görə, ABŞ, Böyük Britaniya, Kanada, Danimarka, İsveç, Polşa və Latviyadan olan 400 döyüşçü daimi əsaslarla Lvov yaxınlığındakı Yavoriv poliqonunda yerləşdirilib. Bu ilin aprel ayından orada çalışan mütəxəssislər artıq Ukrayna Silahlı Qüvvələrinin 13 batalyonu və səkkiz briqadasına NATO standartlarına uyğun təlim keçiblər. Bundan başqa, ABŞ-ın Ukrayna üçün inşa etdiyi Oçakovdakı gəmilərdə Operativ İdarəetmə Mərkəzinin hissəsində Amerika kəşfiyyat orqanlarının nümayəndələri də yerləşdirilib. Həmçinin, hazırda Mariupol və Berdyanskda Vaşinqtonun dəstəyi ilə iki yeni hərbi-dəniz bazası tikilir ki, gələcəkdə ekspertlərin fikrincə, Şimali Atlantika Alyansı hərbçiləri tərəfindən də istifadə olunacaq.

Rusiya xüsusi xidmət orqanlarındakı mənbələrə görə, 2019-cu ilin fevral ayından Pentaqonun transmilli təhdidlər üzrə ekspertləri də Ukraynadadır. Onlar, xüsusən, Rusiya istiqamətində təxribatın təşkili ilə bağlı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) ilə məsləhətləşmələr aparırlar. Belə ki, Amerika kəşfiyyatının təşəbbüsü ilə SBU-da artıq təxribat və kəşfiyyat şöbəsi yaradılıb, onun əsas vəzifəsi digər ölkələrdə əməliyyatların təşkili olacaq.

Ukrayna hərbçilərinin təlimində ABŞ-dan başqa Britaniya xarici kəşfiyyatçıları (MI6) da iştirak edir. Onlar Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin hərbi-diplomatik akademiyasında üç həftəlik hazırlıq kursu təşkil edib, həmçinin Oçakovdakı 73-cü Hərbi Dəniz Qüvvələrinin Xüsusi Əməliyyat Mərkəzində diversiya qruplarının hazırlanmasına başlayıblar. Orada, xüsusən, gələcəkdə Azov və Qara dənizlərdə və Krımda həyata keçirilə biləcək əməliyyatlar hazırlanır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər