7 Dekabr 2021 13:59
774
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel, İtaliya Baş naziri Mario Draqi və Böyük Britaniya Baş naziri Boris Consonla telefon danışığı aparıb.

Teleqraf.com xəbər verir ki, liderlər görüşdə Rusiyanın Ukrayna sərhəddinə qoşun toplamasından və getdikcə sərtləşən ritorikasından narahat olduqlarını bildiriblər.

Rusiyanı gərginliyi azaltmağa dəvət edən liderlər Donbasdakı problemi həll etməyin yeganə yolunun Minsk razılaşmaları və diplomatiya olduğunu vurğulayıblar.

Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiklərini bildirən liderlər məsələyə ortaq yanaşma üçün sıx əlaqə saxlamağa razılaşıblar.

Ağ Ev Baydenin bu gün rusiyalı həmkarı Putinlə görüşündən əvvəl avropalı müttəfiqləri ilə görüşəcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər