17 Noyabr 2014 14:58
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hollandiyadakı quşçuluq fabrikində quş qripinin aşkar olunmasından sonra Avropa Komissiyası təcili qoruyucu tədbirləri müzakirə edəcək.

Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, xəstəlikdən qorunmağın yollarını müzakirə etmək üçün bu gün komissiya təcili iclas keçirəcək.

Hollandiya hökuməti verdiyi açıqlamada, aşkar olunmuş yeni növün H5N8 növlü quş qripi insanlara da keçə biləcəyini bildirib: “Quş qripinin bu qədər çox patogenik variantı quşlar üçün çox təhlükəlidir. Xəstəlik heyvanlardan insanlara keçə bilər”.

Hollandiya İqtisadiyyat Nazirliyi deyib ki, insanlar yalnız quşlarla çox yaxın əlaqədə olandan sonra bu xəstəliyə yoluxa bilərlər.

Hakimiyyət Hekendorp kəndində yerləşən fermada xəstəliyə yoluxmuş 150 000 toyuğu məhv edib və bütün ölkədə quş əti və yumurtaların daşınmasına üç günlük qadağa qoyub.

Samir


Müəllif:

Oxşar xəbərlər