8 Dekabr 2021 20:04
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı milyarder İlon Mask doğum sayının azalmasının bəşəriyyət üçün ən böyük risklərdən biri olduğunu iddia edib.

Teleqraf.com xəbər verir ki, o, insanların uzunömürlü olması haqda düşünməyin vaxtının çatdığını da bildirib.

“Məncə, sivilizasiyanın üzləşdiyi ən böyük risk aşağı və sürətlə azalan doğum nisbətləridir” deyən 6 uşaq atası Mask qeyd edib: “İnsanların sayının artdığını, əhalinin artımının nəzarətdən çıxdığını deyənlər var. Amma əslində bunun əksi baş verir. Rəqəmlərə baxın. Əgər insanların daha çox uşağı olmasa, mədəniyyət çökəcək”.

Uzunömürlülük məsələsinə də toxunan Mask insanların super uzun yaşamağa çalışmaması lazım olduğunu söyləyib: “Məncə, ölməyimiz vacibdir. İnsanlar adətən fikirlərini dəyişmədən ölürlər. Sonsuza qədər yaşasaq, yeni fikirlərin qəbul edilmədiyi cəmiyyətə çevriləcəyik”.

Dünya əhalisinin sayı son 60 ildə 3 milyarddan 7.9 milyarda çatsa da, Maskın dediyi kimi, doğum nisbətində azalma var.

Dünya Bankının məlumatına görə, qlobal doğum səviyyəsi 1964-cü ildən bəri davamlı şəkildə aşağı düşür.


Müəllif: Mənsur Rəğbətoğlu