“İranın inkişaf etdirməkdə olduğu ballistik raket proqramı ABŞ və müttəfiqlərini təhdid edir”.
Teleqraf.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kirbi deyib.
İranın ballistik raketlərini inkişaf etdirməsinin Vaşinqtonda ciddi narahatlığa səbəb olduğunu bildirən Kirbi qeyd edib ki, Amerika Tehranın bu yöndəki bütün fəaliyyətini diqqətdə saxlayır:
“İranın ballistik raket proqramı ABŞ və müttəfiqlərini təhdid edir. Bu proqram son illər daha da inkişaf etdirilib və İranın bu sahədə apardığı fəaliyyətindən yaranan təhdidlər artıb. Hesab edirik ki, bu təhdidin qarşısını almaq üçün müəyyən tədbirlər görülməli, konkret addımlar atılmalıdır”.