15 Dekabr 2021 10:45
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Maliyyə Nazirliyi Çin hökumətinin Uyğur türklərinə qarşı zorakı və təzyiq siyasətini əsas gətirərək 8 Çin şirkərinə qarşı sanksiya qərarı verib.

Teleqraf.com xəbər verir ki, sanksiyaya məruz qalan şirkətlər arasında dünyanın öndə gələn dron istehsalçısı DJİ-nin də adı var.

ABŞ Maliyyə Nazirliyi Çinin uyğurların izləmə və nəzarətdə saxlanılması sistemini dəstəklədiyi üçün DJİ ilə yanaşı digər şirkətlərə də sanksiya qərarı verdiyi bildirilib.

İngilis mediasına danışan iki mənbə bildirib ki, Çin hərbi sənaye şirkətləri üçün alınan qərar bu gün açıqlanacaq. Digər tərəfdən, ABŞ-ın investorlara 60 Çin şirkətinin səhmlərini almasına qadağa qoyduğu bildirilib.

ABŞ son zamanlar Uyğur türklərinə tətbiq etdiyi zülm, təzyiq və zorakılıq səbəbilə Çini hədəfə çıxarıb və bir çox şirkətinə sanksiya tətbiq etməklə yanaşı gələn il keçiriləcək Pekin Qış Olimpiya Oyunlarını boykot edəcəyini açıqlayıb.


Müəllif: Nemət

Oxşar xəbərlər