ABŞ Milli təhlükəsizlik müşaviri Cek Sullivan Rusiya Prezidenti Vladimir Putinin xarici əlaqələr üzrə müşaviri Yuri Uşakovla telefon danışığı gerçəkləşdirib.
Teleqraf.com xəbər verir ki, telefon danışığı zamanı Ağ Ev Rusiyanın Ukrayna sərhədləri yaxınlığına hərbçiləri cəmləşdirməsi ilə bağlı Kremlə narahatlığını çatdırıb.
Ağ Evin telefon müzakirəsinə dair verdiyi açıqlamada ABŞ prezidenti Co Baydenlə Rusiya prezidenti Putin arasında keçirilən görüşün davamı ilə baş tutan bu görüşdə Sullivan ABŞ-ın Rusiyanın Ukrayna sərhədində qoşun toplaması ilə bağlı güclü narahatlığını çatdırıb.
Sullivan təhlükəsizlik və strateji məsələləri diplomatiya yolu ilə həll etməyə çalışmağa davam edərkən Avropadakı müttəfiqləri ilə yaxından işləməyə davam etdiklərini deyib.
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridin dekabrın 16-da Brüsseldə olduğunu qeyd edən Sullivan diplomatın NATO müttəfiqləri ilə müzakirə aparacağını qeyd edib.