18 Noyabr 2014 06:37
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əl-Qaidə Maqrib ölkələrində” qruplaşması girov saxladığı fransalı Serj Lazareviç və Niderland vətəndaşı Sjaak Riykenin görüntülərini yayıb.

Teleqraf.com-un “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, girovlar video vasitəsilə hökumətlərindən kömək diləyərək onları terrorçularla danışıqlara getməyə çağırıblar.

Riykenin sözlərinə görə, kadrlar sentyabrın 26-da lentə alınıb. Fransa və Niderland vətəndaşının 2011-ci ildə girov götürüldüyü bildirilir.


Müəllif:

Oxşar xəbərlər