18 Noyabr 2014 07:54
1 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 14-də Kanadanın Vankuver şəhərində Vankuver Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə tədbir təşkil edilib.

Azərbaycanın Kanadadakı səfirliyindən APA-ya verilən məlumata görə, Azərbaycan və türk diasporunun təmsilçiləri, kanadalı qonaqlar, o cümlədən Şimali Vankuverin meri Darel Musatonun (Darrell Mussatto) qatıldığı tədbirdə Azərbaycanın Kanadadakı müvəqqəti işlər vəkili Ramil Hüseynli də iştirak edib.

Tədbirin açılışında çıxış edən R.Hüseynli ölkəmizin Konstitusiya tarixi, ən ali qanunvericilik sənədinin dövlətimizin inkişafında oynadığı mühüm rol, eləcə də Azərbaycanın hazırkı inkişafından və əldə etdiyi nailiyyətlərdən danışıb. Sonda tədbirdə Azərbaycan musiqisi və rəqsləri nümayiş etdirilib.

Noyabrın 15-də isə R.Hüseynlinin Vankuver şəhərində yaşayan Azərbaycan icmasının üzvləri, o cümlədən bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrlə görüşü keçirilib. R.Hüseynli çıxşında Vankuverdə yaşayan icma üzvlərini Azərbaycan həqiqətlərinin Kanada ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşa edilərək, bu dövlətin Azərbaycana qarşı təcavüz siyasətinə son qoyması istiqamətində səylərini səfərbər etməyə çağırıb. Sonda həmyerlilərimizi maraqlandıran suallara aydınlıq gətirilib.


Müəllif:

Oxşar xəbərlər