20 Dekabr 2021 10:09
2 125
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaşinqton Post” qəzeti ABŞ ordusunda xidmət edən üç istefada olan generalın 2024-cü ildə keçiriləcək seçkilərdə mümkün çevriliş və vətəndaş müharibəsi xəbərdarlığı ilə bağlı yazısına yer verib.

Teleqraf.com xəbər verir ki, istefada olan generallar Pol İton, Antonio Taquba və Stiven Andersonun yazdıqları ABŞ ordusu daxilində partizanlaşma getdiyi və komanda mərkəzlərinin davamlı olaraq dəyişdiyini bildiriblər.

Generallar durumun günbəgün pisləşdiyini vurğulayaraq, bunun 2024-cü il seçkilərinin mümkün nəticələrindən asılı olaraq hərbi çevrilişlə nəticələnə biləcəyi barədə xəbərdarlıq ediblər.

Generallar ötən bu ilin yanvarında Konqres basqınına qatılanlar arasında veteranların və hələ də xidmətdə olan hərbçilərin iştirak etdiyini, 124 təqaüdçü hərbçinin seçkilərdən sonra ABŞ-ın keçmiş prezidenti Donald Trampın seçkinin legitimliyini şübhə altına alan arqumentlərini dəstəkləyən bəyanat imzaladığını xatırladıb.

Məqalədə Oklahoma Milli Qvardiya komandiri briqada generalı Tomas Mançinonun Ağ Evin əsgərlərə peyvənd vurulması əmrinə qarşı bu açıqlaması da qeyd edilib: “Mən ştat qubernatorundan əmr alacağam, prezidentdən (Bayden) yox”.

Generallar bunun ordu daxilində əmr mərkəzlərinin dəyişməsinə işarə olduğunu deyiblər.

Sonda qeyd ediblər ki, 2024-cü ildə mübahisəli seçki orduda parçalanmaya, çevriliş cəhdinə və sonra vətəndaş müharibəsinə səbəb olacaq zəncirvari reaksiyalar yarada bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər