20 Dekabr 2021 23:13
1 410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəşəriyyətin kosmosla bağlı araşdırmaları sürətlə davam edir. Bu dəfə ABŞ Aerokosmik Agentliyinin (NASA) paylaşdığı səs yazısı gündəmə bomba kimi düşüb.

Teleqraf.com xəbər verir ki, ümumilikdə 79 peyki olan Yupiterin ən böyük peyki və eyni zamanda Günəş sisteminin 9-cu ən böyük göy cismi olan Qanimeddən yayılan səslər deşifrə edilib.

NASA-nın səma cisminin yaydığı qorxunc səslər panika yaradıb.

NASA-nın 2011-ci ildə kosmosa göndərdiyi “Juno” kosmik aparatı 2016-cı ilin iyulunda Yupiterə çatdıqdan sonra planetin orbitində araşdırma işləri aparır. Aparat bu yaxınlarda Qanimedin yaxınlığından uçub və peykin elektromaqnit dalğalarını qeydə alıb.

Dalğaların tezliyi NASA tərəfindən səs diapazonuna dəyişdirildikdə, kosmosda əks-səda verən qorxunc səslər yaranıb.

“Juno”nun baş araşdırmaçısı Skott Bolton bu səsləri “olduqca qorxunc” adlandırıb.

Son bir neçə ilə qədər kosmosda səsin olmadığı düşünülürdü, amma əslində kosmosda elektromaqnit titrəyişləri kimi səsləri qeydə almaq mümkündür. NASA-nın “Voyager”, INJUN 1, ISEE 1 və HAWKEYE kimi kosmik gəmilərinin ötən illər ərzində kosmosda qeyd etdiyi səslər həqiqətən maraqlı, bəziləri isə qorxuncdur.

Kosmosdan səs eşidən ilk insan və fizik Karl Qut Yanski olub. O, 1931-ci ildə kosmosdan gələn radio dalğalarını qeydə alıb. Yanski bunun üçün “Merry-Go-Round” adlı nəhəng fırlanan antena qurmuşdu.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər