21 Dekabr 2021 12:38
1 277
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qırğızıstan Daxili Qoşunlarının komandanı İslambek Kenjekulov xüsusilə külli miqdarda əmlakın mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadədə şübhəli bilinərək saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə TASS respublikanın Baş Prokurorluğundakı mənbəyə istinadən məlumat yayıb.

“Kenjekulov Daxili Qoşunlarda büdcə vəsaitləri ilə bağlı maliyyə maxinasiyaları işi üzrə aparılan istintaq çərçivəsində saxlanılıb”, - deyə məlumatda qeyd olunub.

Mənbə bildirib ki, yaxın vaxtlarda məhkəmə komandan barəsində həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxacaq.

Qırğızıstan Hərbi Prokurorluğu dekabrın əvvəlində orduda mənimsəmə faktları ilə bağlı Daxili Qoşunların bir sıra vəzifəli şəxslərinə cinayət işi açıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər