“Bu gün qlobal sistemi idarə edənlərin ən güclü silahı mədəniyyət alətləridir”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bu gün qlobal sistemi idarə edənlərin ən güclü silahı mədəniyyət alətləridir. “Yumşaq güc” adlandırdığımız bu vasitələr çox təsiredicidir. Bu gün bunlara texnologiya ilə dəstəklənən alətlər də əlavə edilib. Bunlar insanları öz təsirinə nə qədər alır-alsın, bu alətlər ənənəvi mədəniyyətin insanlara təsirindən hələ də uzaqdır. O, insanın ruhundan süzülən əsərləri əvəz edə bilməz. Lazım olan proqram təminatını kompüterə quraşdırdığınız zaman roman da yaza bilərsiniz, amma bu, heç vaxt insanın yaratdığı əsər ola bilməz. Ortaya çıxan məhsul şifrəyə uyğun işləyən sistemin nəticəsidir”.
Ərdoğan Türkiyədə çəkilən seriallara da diqqət çəkib:
“Mədəni fəaliyyətlərimizdən biri də televiziya seriallarıdır. Vaxtilə televiziyalarımızı əcnəbi seriallar işğal etmişdi. Amma indi bizim seriallarımız 150-yə yaxın ölkəyə ixrac olunur. ABŞ-dan sonra ən çox serial ixrac edən ölkə bizik. İnşallah, biz bu gözəl iqlimi daha da gücləndirəcəyik”.