“Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır”.
Teleqraf.com xəbər verir ki, bunu “Putinin sözçüsü” kimi tanınan “Russia Today”ın xəbər xidmətinin rəhbəri Dmitri Kiselyov deyib.
Ukrayna sərhədinə minlərlə hərbçi və hərbi texnika yığaraq Avropa və NATO ilə müharibə həddinə çatan Rusiyadan aqressiv açıqlamalar gəlməkdə davam edir.
Bu dəfə ABŞ və Avropanı “Russia Today”ın xəbər xidmətinin rəhbəri Dmitri Kiselyov hədəfə alıb.
ABŞ-ı hədələyən Kiselyov "Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır” açıqlaması ilə diqqət çəkib.
“Rusiya onların qərarverici mərkəzlərinin yaxınlığında silahlarını yerləşdirməklə dərhal cavab verməyə hazırlaşır. Biz bundan qaçmağın və qarşı tərəfə təhlükə yaratmamağın yolunu təklif edirik, əks halda Rusiya hamını radioaktiv külə çevirməyə hazırdır”, - Kiselyov bildirib.