23 Dekabr 2021 14:44
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa İngiltərə ilə aralarında gərginləşməyə səbəb olan “balıqçılıq böhranı” ilə əlaqədar konkret addımlar atmağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Fransanın Avropa işləri üzrə nazir Klement Bon deyib.

Fransız nazir bildirib ki, Fransa balıqçılıqla icazəsi ilə bağlı böhran yaşadığı Böyük Britaniyanı məhkəməyə verəcək.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət mübahisəsinin həlli üçün gələn ilin yanvar ayında xüsusi məhkəmədə iddia qaldırılacaq.

Nazir əlavə edib ki, yanvarın 4-də Avropa Birliyi təmsilçiləri ilə yüksək səviyyədə görüş keçiriləcək.


Müəllif: Nemət

Oxşar xəbərlər