Veneranın atmosferində aşkar edilmiş azot və hidrogendən ibarət rəngsiz qaz olan ammonyakın varlığı elm dünyasını heyrətləndirib. Bunun səbəbi “cəhənnəm planeti” adlandırılan Venerada ammonyakın heç bir kimyəvi proseslə əmələ gələ bilməməsi ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Kardiff, Massaçusets və Kembric universitetləri tərəfindən aparılan yeni araşdırma ammonyak qazının əmələ gəlməsi üçün Venerada baş verməli olan bir sıra kimyəvi prosesləri modelləşdirib.
Elm adamları bildiriblər ki, ammonyak qazının sulfat turşusu damlalarını neytralizasiyası üçün buludların turşuluğu 11-dən sıfıra enməlidir. Tədqiqatın müəllifləri Venerada ammonyakın potensial mənbəyinin ən ağlabatan izahının ildırım və ya vulkan püskürmələri yox, bioloji olduğunu deyiblər. Tapıntı həyatın Venerada öz mühitini yaratdığını göstərir.
Araşdırmanın müəllifi Sara Siqer deyib: “Heç bir canlı Venera damcılarının altında yaşaya bilməz. Amma məsələ ondadır ki, orada həyat ola bilər və bunun üçün öz mühitini dəyişdiyini görürük”.
Tədqiqatçılar onların fərziyyələrinin ABŞ Kosmos və Aviasiya İdarəsinin (NASA) Venera səyahətlərində təsdiqlənə biləcəyini açıqlayıblar. NASA 2030-cu ildə iki ayrı pilotsuz missiya ilə 38 milyon uzaqlıqdakı planetə baş çəkəcək. Bu missiya üçün bir milyard dollar ayrılıb.
Elm adamları həmçinin bildiriblər ki, onların fərziyyəsi təsdiqlənsə, oradakı həyat formalarının yer üzündə tapılan bakteriyalara bənzər mikroblar olacağı ehtimalı var. Digər tərəfdən, tədqiqatçılar ammonyakın varlığının Venera buludlarında görünən bir çox əsas anomaliyanı izah edə biləcəyini söyləyiblər.
Yer üzündə ammonyak su orqanizmlərinin ümumi tullantıları hesab olunur. Elm adamları deyirlər ki, planetimizdə, xüsusən də mədəmizdə turşu mühitini yaşamaq üçün əlverişli yerə çevirmək üçün ammonyak hazırlayan həyat formaları var.
Tədqiqatın müəlliflərindən biri Uilyam Bayns bu haqda deyib: “Biz bilirik ki, Yerdəki turşu mühitlərində həyat inkişaf edə bilər. Venera buludlarında ammonyak əmələ gətirən bir şey varsa, o damcıların bəzilərini zərərsizləşdirir və potensial olaraq onları yaşayış üçün daha əlverişli edir”.
Digər tərəfdən, bu ilin iyul ayında nəşr olunan bir araşdırmada əvvəlcə mikroblardan gəldiyi düşünülən fosfin qazının əslində vulkanlar tərəfindən ifraz oluna biləcəyi iddia olunduqdan sonra Venerada həyat tapmaq ümidləri puç olmuşdu. Bununla belə, 2020-ci ilin sentyabrında Kardiff Universitetinin fərqli bir araşdırması planetin turşu buludlarında fosfin izlərinin aşkar edildiyini önə çəkdi.
Fosfin qazı adətən Yerdə nəfəs almaq üçün oksigendən istifadə etməyən mikroorqanizmlər tərəfindən buraxılır. Bu, tədqiqatçıları əvvəllər Venerada həyatın olduğuna dair fərziyyələr yaratmağa sövq edib.