Dünya aviaşirkətləri işçilərin koronavirusun omikron ştammına yoluxma hallarının artması fonunda Milad bayramı günlərində 5,7 minə yaxın uçuşu ləğv edib.
Teleqraf.com-un məlumatına görə, ABŞ-da 24, 25 və 26 dekabr tarixləri üçün aviaşirkətlər uçuşlarının sayını 1,7 min azaldıblar.
Bildirilir ki, ləğv edilən uçuşlar həm daxili, həm də beynəlxalq reyslərə şamil edilir.
Qeyd edilir ki, yoluxmaların artmasına baxmayaraq milyonlarla insanın hələ də səyahət etməsi aviaşirkətlərə çətinlik yaradır.