Böyük Britaniya Baş naziri Boris Consonun ofisiant işləyən 24 yaşlı qızı hökumətin son vaxtlar aldığı COVID-19 tədbirləri səbəbindən yeni ilə qədər işini itirib.
Teleqraf.com xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
Consonun ikinci həyat yoldaşı, vəkil Marina Wheelerdə olan qızı Kassiya Conson atasının rəhbərlik etdiyi hökumətin korona məhdudiyyətlərindən təsirlənib. Belə ki, Londonda məşhur bir restoranda ofisiant işləyən Kassiya Milad dövründə restoranlar bağlı qaldığı üçün qısa müddət işsiz qalacaq.
Bir restoran işçisi “Daily Mail”ə deyib: “Atanız baş nazirdirsə, iş yerində normal insan kimi davranmaq kifayət qədər çətindir. Çünki digərləri iş yerlərinin bağlanmasına görə sizin atanızı günahlandırırlar”.